Ötən ayın ən yaxşı futbolçusu kim seçildi?

İngiltərənin “Liverpul” komandasının futbolçusu Məhəmməd Salah Premyer Liqada noyabr ayının ən yaxşı futbolçusu seçilib.

Misirli hücumçu Peşəkar Futbolçular Assosiasiyasının azarkeşlər arasında keçirdiyi sorğuya əsasən birinci olub.

M.Salah siyahıda Moises Kaysedo (“Çelsi”), Mateus Kunya, Joao Qomeş (hər ikisi “Vulverhempton”), Ceyms Maddison (“Tottenhem”) və Joao Pedronu (“Brayton”) qabaqlayıb.

Qeyd edək ki, Məhəmməd Salah noyabr ayında Premyer Liqada keçirdiyi 3 oyunda 4 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.