Ötən gecə Rusiyanın 4 vilayətinə PUA hucumu olub

Ötən gecə Rusiyanın vilayətlərinə PUA hucumları olub.

Azpost.info bildirir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi açıqlama verib.

Rusiya Hava Hücumundan Müdafiə Qüvvələri Moskva vilayətində, eləcə də Bryansk, Oryol və Tambov vilayətlərində Ukrayna PUA-larının hücum cəhdlərinin qarşısını ala bilib.

Nazirliyin məlumatına görə, Rusiya regionları üzərində dörd təyyarə tipli PUA aparatı müəyyən edilərək məhv edilib.

Hadisə nəticəsində tələfat və dağıntılar barədə məlumat yoxdur.

Xatırladaq ki, daha əvvəl Oryol vilayətinin qubernatoru Andrey Klıçkov çərşənbə axşamı səhər saatlarında Ukraynaya məxsus pilotsuz təyyarənin bölgədə məhv edildiyini açıqlamışdı.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.