Ötən iki gün ərzində 55 cinayətin üstü açılıb –

"Axtarışda olan 8 nəfər saxlanılıb"
24 Fevral 2020 - 10:09

Paytaxtın polis orqanları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 22-23-ü tarixlərində 55 cinayətin üstü açılıb. 

Bakı şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, onlardan 5-i əvvəlki dövrlərdən bağlı olan cinayətlərdir.

Qəsdən sağlamlığa ağır zərər vurma üzrə 2, adam öldürməyə cəhdə görə 1, narkotiklərlə əlaqəli 17, xuliqanlıq üzrə 8, baş verən oğurluq hadisələri ilə əlaqədar, əməliyyat-axtarış tədbirlər nəticəsində daha 13 faktın açılması tədbirlərlə təmin olunub.

Cinayət Məcəlləsinin müxtəlif maddələri və borca görə axtarışda olduğuna görə ümumilikdə 8 nəfər saxlanılıb.

İtkin düşən kim axtarışı elan olunan 3 nəfər tapılaraq ailəsinə təhvil verilib.