Yasamalda 83 yaşlı qoca kişi arvadını bıçaqlayıb –Qadın ağır vəziyyətdədir

Bakıda 83 yaşlı kişi arvadını bıçaqlayıb.

Hadisə paytaxtın Yasamal rayonu, Qızıl Şərq küçəsində qeydə alınıb.

Şəhər sakini, 1937-cü il təvəllüdlü H. Hacıyev həyat yoldaşı, 1945-ci il təvəllüdlü S. Hacıyevaya çoxsaylı bıçaq xəsarətləri yetirib. Qadın ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Yasamal rayon Polis İdarəsinin əməkdaşları tərəfindən H. Hacıyev saxlanılıb, ona Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb. (APA)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Azərbaycandan İrana gedən avtobusların hərəkəti dayandırılmayıb” –

Sonrakı məqalə

Ötən iki gün ərzində 55 cinayətin üstü açılıb –