Ötən il Avropa Məhkəməsi neçə qərar çıxarıb, nə qədər təzminat təyin edib?- RƏQƏMLƏR

2022-ci ildə Avropa İnsan Hüquqları Məhkəməsinin hakimləri 1459 qərar çıxarıb.

Azpost.info xəbər verir ki, onlardan 413-ü Rusiya əleyhinə, 145-i Ukraynaya, 137-si Rumıniyaya qarşı olub. Dördüncü yerdə 78 qərarla Serbiya, üçüncü yerdə isə 77 qərarla Türkiyə qərarlaşıb.

Strasburqdakı hakimlər iddiaçılara ümumilikdə 110,8 milyon avro təzminat təyin edib ki, bunun da təxminən 80,2 milyon avrosu Rusiyadan olan ərizəçilərin payına düşüb.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.