Ötən il Azərbaycanda 339 nəfəri oğlan, 307 nəfəri isə qız olmaqla ümumilikdə 646 uşaq, uşaq övladlığa götürülüb.
APA-nın Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, əvvəlki illə müqayisədə övladlığa götürülən oğlanların sayı 14,2%, qızların sayı 9,7% azalıb, Azərbaycan Respublikasının məhkəmələri tərəfindən ləğv edilmiş övladlığa götürülmə barədə qərarların sayı isə 22,4% artaraq 82 təşkil edib.
Qeyd edək ki, hesabat ilində həmçinin əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən 8-i qız olmaqla 14 uşaq övladlığa götürülüb.
Xatırladaq ki, 2019-cu ildə övladlığa götürülmüş uşaqlardan 175 nəfəri 1 yaşadək, 296 nəfəri 1-5 yaş, 115 nəfəri 6-10 yaş, 74 nəfəri isə 11-17 yaş arasında olub.