Ötən il BP-nin mənfəəti 50 faiz azalıb

Ötən il BP-nin mənfəəti 50 faiz azalaraq 13,8 milyard dollar təşkil edib.

Şirkətin gəlirlərinə neft və qazın qiymətinin azalması və neft emalı zavodlarının marjalarının azalması təsir edib.

Bundan başqa, BP-nin ötən ilin dördüncü rübündə mənfəəti əvvəlki ilin eyni dövrü ilə müqayisədə 37,8 faiz azalaraq 2,9 milyard dollar olub.

Şirkət bu ilin birinci yarısına 3,5 milyard dollarlıq səhm geri alacağını açıqlayıb(azərtac).

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.