Ötən gün 47 cinayətin üstü açılıb –axtarışda olan 36 nəfər saxlanılıb (DİN)

Paytaxtın polis orqanları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 14-də 47 cinayətin üstü açılıb.  Onlardan 20-si əvvəlki dövrlərdən bağlı olan cinayətlərdir. 

Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti xəbər yayıb. Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarışda olduğuna görə ümumilikdə 36 nəfər saxlanılıb.

Narkotiklərlə əlaqəli 5, oğurluq üzrə 12 fakt müəyyən edilib. İtkin düşmüş kim axtarışı elan olunan 3 nəfər tapılaraq ailəsinə təhvil verilib.

Hər bir fakt üzrə müvafiq idarə, şöbə və bölmələrdə araşdırmalar davam etdirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Çində virusdan ölənlərin sayı 1500-ü keçib –

Sonrakı məqalə

Mart ayında 10 gün iş olmayacaq