Ötən gün bank kartlarından bu qədər pul oğurlanıb

Kart
Kart

Mayın 23-də ayrı-ayrı vətəndaşların müxtəlif kiber üsulla 1200, 1000, 600, 500, 400, 300, 250, 200, 200, 80, 78, 75, 56, 20 manat pul vəsaitləri bank kartlarından oğurlanıb.

Bu barədə Daxili İşlər Nazirliyinin vətəndaşlara müraciətində bildirilib.

Müraciətdə bildirilib ki, naməlum nömrələrdən gələn zəng və mesajlara qarşı diqqətli olmaq tövsiyə edilib,

“Bir daha vətəndaşlara şübhəli zənglərdən gələn cəlbedici qazanc, sığorta, viza işləri, bank hesablarının möhkəmləndirilməsi, mədaxil üzrə ödənişlərlə əlaqəli təkliflərə diqqətlə yanaşmağı tövsiyə edirik. Naməlum zənglərlə, mesajlarla danışıq, yazışma aparılmamalıdır, dərhal bloklanmalıdır”.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.