Ötən il Azərbaycanda qızılcadan 3 nəfər ölüb- Rəsmi statistika

2019-cu ildə Azərbaycanda 337 nəfər qızılca xəstəliyinə tutulub.

Bu barədə Dövlət Statistika Komitəsindən APA-nın sorğusuna cavab olaraq bildirilib. Məlumata əsasən, xəstəliyə tutulanlardan 196 nəfəri kişi, 141 nəfəri qadındır. Onlardan 62-si 18 yaşadək, 275-i isə 18 və yuxarı yaşda olan şəxslərdir.

Ötən il qızılcadan ölənlərin sayı isə 3 nəfər olub.

Bildirilib ki, qızılca ilə xəstələnmə halları Bakı şəhəri və Abşeron rayonunda qeydə alınıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Uşağın məktəbə qəbuluna hansı halda imtina veriləcəyinə aydınlıq gətirilib

Sonrakı məqalə

Ailə başçısını itirmiş ailələrin pensiya təminatında yenilik gözlənilir