Cari il yanvarın 1-i tarixinə “Azəri-Çıraq-Günəşli” (AÇG) yataq bloku üzrə 6 milyard 899,2 milyon dollar gəlir əldə olunub.
Dövlət Neft Fondundan Azpost.info-ya verilən məlumata görə, AÇG yatağının ötənilki gəlirləri 2022-ci illə müqayisədə 30,3 faiz azalıb.
Qeyd olunan dövrdə Şahdəniz yatağından (qaz və kondensat) gələn gəlir 1 308 mln. ABŞ dolları olub.