Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • İqtisadiyyat

Ötən il Bakı hava limanının sərnişin dövriyyəsi 5,8 milyondan çox olub

Orkhan Ali 18 Yanvar 2024 - 11:54 (Last updated: 21 May 2025 - 20:15)
17055634373101540688_1200x630

Heydər Əliyev Beynəlxalq Aeroportunda sərnişin dövriyyəsi 2023-cü ildə 5,85 milyondan çox olub.

Bakı hava limanından bildirilib ki, bu göstərici 4,4 milyon sərnişinin daşındığı 2022-ci ilin nəticəsindən 33% çoxdur. Sərnişin axınının pik həddi avqustun 13-də – 24 274 nəfər, qeydə alınıb.

Bundan başqa, 2023-cü ildə Bakı aeroportunda beynəlxalq reyslərdə 5,13 milyon sərnişinə xidmət göstərilib. Bunun da 42,5%-i AZAL-ın, qalan 57,5%-i isə xarici aviadaşıyıcıların payına düşüb. Hesabat dövründə milli aviadaşıyıcı beynəlxalq istiqamətlərdə 2,18 milyon sərnişin daşıyıb. Naxçıvan istiqamətində daşınan sərnişinlərin sayı isə 717 min nəfər təşkil edib ki, bu da 2022-ci ildəki 684 min sərnişinlə müqayisədə artım deməkdir. Bu marşrut üzrə sərnişin axınının pik həddi iyulda qeyd olunub, həmin ay 92 mindən çox sərnişinə xidmət göstərilib.

Bakı hava limanına uçuş həyata keçirən 18-i aşağıbüdcəli olmaqla, 41 aviaşirkətdən “Turkish Airlines”, “AnadoluJet”, “Utair”, “Aeroflot”, “Fly Dubai”, “Wizz Air Abu-Dhabi”, “Pegasus”, “Azimut”, “Air Arabia” və “Iraero” ən çox sərnişin daşıyıb. Ən populyar xarici istiqamətlər İstanbul, Moskva, Tbilisi, Dubay və Əbu-Dabi olub. Ümumilikdə, 2023-cü ildə Heydər Əliyev Beynəlxalq Aeroportundan 80-ə yaxın müxtəlif istiqamətə 49,3 mindən çox reys yerinə yetirilib.

“Bakı aeroportunda tranzit sərnişinlərin sayı da 2022-ci illə müqayisədə 142 faiz artaraq 162 mindən çox sərnişinə çatıb. Yeni xarici aviaşirkətlərin cəlb edilməsi, marşrut şəbəkəsinin genişləndirilməsi və hava limanında aparılan infrastruktur işləri bütün sərnişinlər üçün daşımaların əlçatanlığını xeyli yaxşılaşdırıb”, – deyə Bakı hava limanının direktoru Teymur Həsənov vurğulayıb.

Sərnişin təcrübəsinin təkmilləşdirilməsi məqsədilə 2023-cü ildə Heydər Əliyev Beynəlxalq Aeroportunda bir sıra yeniliklər, o cümlədən nəqliyyat vasitələrinin sürətli giriş-çıxışını və parkinq üçün müxtəlif ödəniş üsullarını təmin edən innovativ xidmət, uçuş öncəsi rəsmiləşdirmə prosesini asanlaşdıran və sürətləndirən Səyahət Sənədlərinin Avtorizasiya Sistemi (TDAS) tətbiq edilib.

Qeyd edək ki, hesabat ilində ölkənin regional hava limanlarında da sərnişindaşımada müsbət dinamika müşahidə olunub, Naxçıvan Beynəlxalq Aeroportunda 744 min, Gəncədə 218 min, Lənkəranda isə 16 mindən çox sərnişinə xidmət göstərilib.

Post navigation

Previous: Prezident ABŞ-ın yeni səfirinin etimadnaməsini qəbul edib
Next: “Tibbi sığortada insanlar istədiyi həkimi seçə bilmir” –

Oxşar xəbərlər

aqrar03
  • İqtisadiyyat

Azərbaycanda saatlıq maaş tətbiq oluna bilər – İlk olaraq hansı sahələri əhatə edəcək?

User 11 Noyabr 2026 - 12:05
bankomat_dollar_141021
  • İqtisadiyyat

Bu günə olan valyuta məzənnələri

User 11 Noyabr 2026 - 09:19
neft
  • İqtisadiyyat

Azərbaycan neftinin qiyməti ucuzlaşıb

User 10 Noyabr 2026 - 10:47

xƏBƏR

rus ukr danisiq abu dabi
  • Dünya

Əbu-Dabidə Ukrayna, Rusiya və ABŞ arasında danışıqlar başa çatdı

User 11 Noyabr 2026 - 14:39
Əbu-Dabidə Ukrayna, Rusiya və ABŞ nümayəndələrinin iştirakı ilə keçirilən danışıqlar başa çatıb. Görüş təxminən iki saatdan bir...
Read more about Əbu-Dabidə Ukrayna, Rusiya və ABŞ arasında danışıqlar başa çatdı
Astarada mikroavtobusun təkəri partladı, maşın aşdı qeza astara
  • Sosial

Astarada mikroavtobusun təkəri partladı, maşın aşdı

User 11 Noyabr 2026 - 14:35
Gələn il böyük sosial paket olacaq – Maaş və pensiyalar nə qədər artacaq? budce
  • Sosial

Gələn il böyük sosial paket olacaq – Maaş və pensiyalar nə qədər artacaq?

User 11 Noyabr 2026 - 14:19
İlham Əliyev Antalyada COP31-in Liderlər Sammitində – VİDEO ilham cop31
  • Siyasət

İlham Əliyev Antalyada COP31-in Liderlər Sammitində – VİDEO

User 11 Noyabr 2026 - 14:00
COP31-də enerji inqilabı – 2035-ci ilə qədər neft və qazı nə gözləyir? / TƏHLİL cop31
  • Siyasət

COP31-də enerji inqilabı – 2035-ci ilə qədər neft və qazı nə gözləyir? / TƏHLİL

User 11 Noyabr 2026 - 13:53
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.