Ötən il doğulan uşaqlar arasında cins nisbəti hər 100 qıza 112 oğlan olub

2022-ci il üzrə doğumu qeydə alınmış 122 min 846 nəfərdən 64 min 940-ı oğlan, 57 min 906- sı isə qızdır.

Bu statistika oktyabrın 25-də Milli Məclisdə müzakirə edilən Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2022-ci il üzrə hesabatında əksini tapıb.

Bildirilib ki, cinslər arasındakı fərq 7 min 34 nəfərdir. Cins nisbəti hər 100 qıza 112 oğlan təşkil edir.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.