Ötən il məhkəmə hakimiyyətinə nə qədər vəsait ayrılıb?- Rəqəmlər

2019-cu ildə müdafiə, məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq bölmələri üzrə xərclər açıqlanıb.

“Report”un xəbərinə görə, Maliyyə Nazirliyinin açıqlamasında qeyd edilib ki, dövlət əsaslı vəsait qoyuluşu xərclərindən və dövlət büdcəsinin ehtiyat fondundan ayrılmış vəsaitlər də (187,6 milyon manat) nəzərə alınmaqla 2019-cu ildə müdafiə xərclərinə dövlət büdcəsi xərclərinin 13,7 faizi həcmində və ya 3 354,2 milyon manat vəsait yönəldilib. Bu da 2018-ci illə müqayisədə 20,7 milyon manat və ya 0,6 faiz çoxdur.

Dövlət əsaslı vəsait qoyuluşu xərclərindən ayrılmış vəsait də (155,7 milyon manat) nəzərə alınmaqla, 2019-cu ildə məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq bölməsi üzrə xərclərə dövlət büdcəsi xərclərinin 6,8 faizi həcmində (2018-ci illə müqayisədə 0,4 faiz-bənd çox) və ya 1 660,8 milyon manat vəsait yönəldilib ki, bu da 2018-ci illə müqayisədə 208,2 milyon manat və ya 14,3 faiz çoxdur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Ötən il dövlət büdcəsindən səhiyyəyə 948 milyon manat xərclənib

Sonrakı məqalə

Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq