Ötən il mobil operatorlar 1.2 milyard manat qazanc əldə ediblər
2024-cü il ərzində Azərbaycanda informasiya və rabitə sahəsində fəaliyyət göstərən müəssisələr tərəfindən əvvəlki illə müqayisədə göstərilmiş xidmətlərin dəyəri real ifadədə 11,4% artaraq 3 milyard 601,7 milyon manat təşkil edib.
AzPost “APA-Economics”ə istinadla xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən Məlumat verilib. Belə ki, onun da 71,2 faizi əhali tərəfindən istehlak olunub.
Qeyd edək ki, xidmətlərdən əldə edilən gəlirin 34,3 faizi və ya 1 milyard 235 milyon manatı mobil telefon rabitəsi sahəsində formalaşıb.
Xatırladaq ki, Azərbaycan ərazisində mobil rabitə xidmətləri göstərən 4 əsas şirkət var. Azercell, Bakcell, NarMobile, Naxtel şirkətləri ölkə üzrə fəaliyyət göstərir.
Ötən il mobil operatorlar 1.2 milyard manat qazanc əldə ediblər
2023-cü ilin yanvar ayına olan məlumata görə, Azərbaycan ərazisinin 99,8%-i 3G mobil genişzolaqlı şəbəkəsi, 94%-i isə 4G mobil genişzolaqlı şəbəkəsi ilə əhatə olunub.