Ötən il neft və qazdan ən çox bu ölkə pul qazanıb- MƏBLƏĞ

Ötən il Norveçdə neft və qazın satışından vergi daxilolmaları 200 faiz artaraq rekord həddə – 884 milyard krona (89,3 milyard avro) çatıb.

Azpost.info xəbər verir ki, “Reuters” bu barədə Norveç vergi administrasiyasının məlumatlarına istinadən yazıb.

Adminstrasiya rəsmisi Nina Şanke Fyunnemark bildirib ki, əsas səbəb qazın qiymətinin yüksək olmasıdır ki, bu da tədarüklərdən rekord gəlir əldə etməyə imkan verir.

Eyni zamanda, 2021-ci il də 295 milyard kron nəticə ilə rekord vuran il olub: “İndiyə qədər enerji şirkətləri 502 milyard kron ödəyib, qalan 382 milyard 2023-cü ilin birinci yarısında üç dəfəyə köçürüləcək”.

Avropada qazın qiyməti 2021-ci ilin payızında Rusiyadan tədarükün məhdudlaşdırılması fonunda artmağa başlayıb. Avropa İttifaqı rəhbərliyi Moskvanı “Şimal axını 2” qaz kəmərinin istismarına icazə vermək üçün enerji şantajında ittiham edib, lakin “Qazprom” tədarükün uzunmüddətli müqavilələrə uyğun həyata keçirildiyini bildirib.

Yanacağın bahalaşmasına yeni təkan Ukraynada hərbi əməliyyatların başlanğıcı olub. Ekspertlər ilk gündən Rusiyanın Avropaya tədarükünü dərhal və ya bir müddət sonra dayandıra biləcəyini proqnozlaşdırmışdılar ki, bu da enerji fəlakəti demək idi. İlin böyük hissəsində qazın qiyməti 1000 kubmetr üçün 1000 dollardan yuxarı idi və sentyabrda bu rəqəm ən yüksək həddi – 3500 dolları keçdi.

Azpost.info

Əvvəlki məqalə

Apellyasiya Məhkəməsi Əli Əliyevi həbsdə saxlayıb

Sonrakı məqalə

“Buyurub gəlsinlər” –