Apellyasiya Məhkəməsi Əli Əliyevi həbsdə saxlayıb

Yanvarın 25-də Bakı Apellyasiya Məhkəməsi Vətəndaş və İnkişaf Partiyasının ıideri Əli Əliyevin 3,5 il müddətinə azadlıqdan məhrum edilməsi haqqında qərardan verdiyi şikayətə baxıb.

Noyabrın 22-də Sabunçu Rayon Məhkəməsi Əliyevi CM-in 127.2.3-cü (xuliqanlıq niyyəti ilə sağlamlığa qəsdən zərər vermə) maddəsi ilə təqsirli bilərək qeyd edilən müddətə azadlıqan məhrum edib. O, kamera yoldaşını döyməkdə təqsirli bilinib.

Əliyev ittihamları təkzib edir, həbs cəzasının uzadılması məqsədilə ona qarşı təxribat törədildiyini iddia edir.

O, apellyasiya şikayətinə baxılması prosesində iştirak etməkdən imtina edib.

Vəkil Toğrul Babayevin verdiyi məlumata görə, apellyasiya şikayəti təmin edilməyib və hökm qüvvədə saxlanılıb.

2022-ci il yanvarın 13-də Bakının Yasamal Rayon Məhkəməsi Əli Əliyevi böhtan ittihamı ilə 5 ay müddətinə azadlıqdan məhrum edib.

Sərhəd xidmətinin polkovnik-leytenantı Emil Cəfərov ona qarşı xüsusi ittiham qaydasında şikayət verib. Sərhəd xidmətinin digər zabiti Ramin Ədilov da Əliyevə qarşı analoji şikayətlə müraciət edib. Bu şikayət əsasında Əliyev daha bir ay həbs cəzası alıb. (Turan)

Əvvəlki məqalə

Fransanın xarici işlər naziri Odessaya gəlib

Sonrakı məqalə

Ötən il neft və qazdan ən çox bu ölkə pul qazanıb