2026-cı il fevral ayı ərzində 12 stomatoloq barəsində inzibati tənbeh tədbiri seçilərək müvafiq maddələrə əsaslanan protokollar yazılıb.
Bu barədə Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzindən məlumat verilib.
Bildirilib ki, 2026-cı il fevral ayı ərzində 3 plastik cərrah barəsində inzibati tənbeh tədbiri seçilərək müvafiq maddələrə əsaslanan protokollar yazılıb:
“Protokollar əsasən sertifikasiya şəhadətnaməsi olmaması və lisenziyadan kənar fəaliyyətlə əlaqədardır”.
Qeyd olunub ki, ümumilikdə, fevral ayında 34 yoxlama keçirilib.