1997-ci ildə əldə olunmuş ilk hasilatdan bəri Azəri-Çıraq-Günəşli” yatağından ümumilikdə təxminən 4,5 milyard barel (602 milyon ton) neft hasil edilib.
AzPost bildirir ki, bu barədə BP-nin vitse-prezidenti Bəxtiyar Aslanbəyli paylaşımında qeyd edib.
BP və tərəfdaşları AÇG layihəsi üzrə fəaliyyətlərə 45 milyard dollar əsaslı məsrəflər xərcləyib.
Həmçinin, AÇG-dən Azərbaycan dövlətinə ümumilikdə 56 milyard kubmetr səmt qazı təhvil verilib.
Bundan əlavə, Dövlət Neft Fondu AÇG layihəsindən 2024-cü ilin sonunadək 178 milyard dollardan çox gəlir əldə edib.