Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • İqtisadiyyat

Ötən il neft və qazdan nə qədər pul qazanmışıq? –

User 28 Yanvar 2025 - 21:58 (Last updated: 21 May 2025 - 20:15)
neft

neft

2024-cü il dekabr ayının 31-nə ARDNF-nin aktivləri 2024-cü ilin əvvəlinə (56 069,7 milyon ABŞ dolları) nisbətən 7,1% artaraq 60 031,4 milyon ABŞ dolları təşkil edib.

Bu barədə AzPost-a Dövlət Neft Fondundan(ARDNF) bildirilib.

2024-cü ilin yanvar-dekabr ayları ərzində ARDNF-nin büdcə gəlirləri 18 039,0 milyon manat, büdcə xərcləri isə 12 896,4 milyon manat təşkil etmişdir.

2024-cü ilin yanvar-dekabr ayları ərzində ARDNF-nin neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 12 243,7 milyon manat, o cümlədən, mənfəət neftinin və qazın satışından 11 461,4 milyon manat, bonus ödənişləri 778,2 milyon manat, tranzit gəlirləri 0,5 milyon manat, akrhesabı ödənişləri 3,6 milyon manat təşkil edib.

Fondun vəsaitlərinin idarə olunmasından əldə edilən investisiya gəliri 5 795,3 milyon manat təşkil etməklə investisiya portfeli üzrə gəlirlilik 6,0% olmuşdur.

Hesabat dövrü ərzində ARDNF-nin 2024-cü il büdcəsinin icrası çərçivəsində 12 781,0 milyon manat vəsait dövlət büdcəsinə transfert edilib.

2024-cü ilin yanvar-dekabr aylarında “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın maliyyələşməsinə 34,0 milyon manat, “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2028-ci illər üçün Dövlət Proqramı” nın maliyyələşməsinə isə 47,3 milyon manat yönəldilib. Sözügedən dövrdə, ARDNF-nin idarə edilməsi ilə bağlı xərcləri 34,1 milyon manat təşkil edib.

Valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq ilə bağlı ARDNF-nin büdcədənkənar gəliri hesabat dövrü üzrə 1 592,2 milyon manat təşkil edib.

2024-cü ildə aktivlərin artımı ARDNF-nin vəsaitlərin idarə edilməsindən əldə edilən gəlirlər, o cümlədən büdcədənkənar gəlirlər hesabına olub.

İl ərzində səhm bazarlarında müşahidə olunan müsbət tendensiyanın 4-cü rübdə də davam etməsi Fondun aktivlərinə öz töhfəsini verib. Bunun səbəbləri kimi isə ümumilikdə böyük texnologiya şirkətlərinin bazar dəyərlərində artımın davam etməsi, ABŞ-də keçirilən seçkilərdən sonra şirkətlərin gəlirliliyinə müsbət təsir edə biləcək əlverişli biznes mühiti ilə bağlı investor gözləntiləri göstərilə bilər.

Eyni zamanda, aparıcı mərkəzi banklar tərəfindən faiz dərəcələrinin azaldılmasının davam etdirilməsinə baxmayaraq, dövlət istiqrazlarının gəlirlilik dərəcələrində son rübdə artımlar müşahidə olunmuşdur. Bu artımlar istiqraz bazarlarında müəyyən geriləmələrə səbəb olsa da, il ərzində orta gəlirliyinin yüksək olması Fondun borc öhdəlikləri altportfeli üçün ili müsbət nəticələrlə yekunlaşdırmağa şərait yaratmışdır. Gəlirlilik dərəcələrindəki sözügedən artımlar əsasən uzunmüddətli ABŞ dövlət istiqrazlarının gəlirlilik dərəcələrində müşahidə olunmuşdur ki, buna başlıca olaraq inflyasiya və artan dövlət borcları kimi iqtisadi göstəricilərdəki qeyri-müəyyənliklər səbəb olub.

İl ərzində qızıl qiymətində artımın son rübdə yavaşlamasına baxmayaraq, sadalanan aktiv bütövlükdə 2024-cü ildə Neft Fondunun büdcədənkənar gəlirlərinə əhəmiyyətli töhfə vermişdir. Yüksək geosiyasi risklər, il ərzində bir çox ölkələrdə seçkilərin keçirilməsi və mərkəzi banklar tərəfindən artan tələb qızıl qiymətlərinin yüksəlməsini şərtləndirən başlıca amillərdən hesab olunur.

Post navigation

Previous: 3500 abonentin qazı kəsiləcək
Next: Xırdalan sakinlərinə şad xəbər…

Oxşar xəbərlər

restoran
  • İqtisadiyyat

Restoran açmaq asandır, bəs onu gəlirli saxlamaq niyə çətindir?

User 04 Noyabr 2026 - 13:36
default
  • İqtisadiyyat

Qarabağın bərpasna 3,4 milyard manat – 2027-ci ildə hansı işlər görüləcək?

User 04 Noyabr 2026 - 11:06
bankomat_dollar_141021
  • İqtisadiyyat

Bu günə olan valyuta məzənnələri

User 04 Noyabr 2026 - 09:14

xƏBƏR

erdoqan
  • Siyasət

Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırıram – ƏRDOĞAN

User 04 Noyabr 2026 - 22:53
Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Koreya Respublikasından səfərdən qayıdarkən təyyarəsi Azərbaycanın hava məkanına daxil olduqdan sonra...
Read more about Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırıram – ƏRDOĞAN
Tramp İranla müharibənin seçki məğlubiyyətinə təsirini etiraf etdi tramp cixis
  • Dünya

Tramp İranla müharibənin seçki məğlubiyyətinə təsirini etiraf etdi

User 04 Noyabr 2026 - 22:42
Mehriban Əliyeva skripkaçı Devid Qarrettin simfonik şousunu izləyib mehriban konsert
  • Mədəniyyət

Mehriban Əliyeva skripkaçı Devid Qarrettin simfonik şousunu izləyib

User 04 Noyabr 2026 - 22:23
Vens Trampın məğlubiyyətinin səbəbini açıqladı – “İranla müharibə…” vens
  • Dünya

Vens Trampın məğlubiyyətinin səbəbini açıqladı – “İranla müharibə…”

User 04 Noyabr 2026 - 20:31
Cavan qalmaq istəyənlər bu iki meyvəni yesin – Dietoloqların tövsiyəsi nar denesi
  • Maraqlı

Cavan qalmaq istəyənlər bu iki meyvəni yesin – Dietoloqların tövsiyəsi

User 04 Noyabr 2026 - 19:27
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.