Ötən il ölkədən nə qədər meyvə-tərəvəz ixrac olunub?  –CƏDVƏL

meyvə-tərəvəz ixrac

Ötən il ölkədən nə qədər meyvə-tərəvəz ixrac olunub?  

2024-cü ildə Azərbaycandan 935.8 milyon ABŞ dolları dəyərində kənd təsərrüfatı məhsulu ixrac olunub.

AzPost bildirir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Tədqiqatlar Mərkəzinin dekabr ayı üçün olan hesabatında bildirilir.

Bunlardan 210.8 milyon dollar dəyərində 229,9 min ton tərəvəz,  456.3 497 milyon dollar dəyərində 456,3 min ton meyvə olub.

Ötən il 20 milyon dollar dəyərində kartof, 175,4 milyon dollar dəyərində pomidor, 131,3 milyon dollar dəyərində qoz-fındıq, 70,2 miyon dollara alma, armud, heyva 99,4 milyon dollar dəyərində ərik, albalı, gilas, şaftalı, 113,7 milyon dollar dəyərində xurma ixrac olunub.

 

Xatırladaq ki, 2024-cü ilin yanvar-noyabr ayları ərzində Azərbaycandan 628 milyon ABŞ dolları dəyərində 610 min ton meyvə-tərəvəz ixrac edilib.

Dövlət Gömrük Komitəsinin hesabatına görə, 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə ölkədən ixrac edilən meyvə-tərəvəzin dəyəri 13.2 milyon dollar, həcmi isə 31.7 min ton azalıb.

2023-cü ilin 11 ayında Azərbaycan 641 milyon 188 min ABŞ dolları dəyərində 641 min 740 ton meyvə-tərəvəz ixrac edib.

Hesabat dövründə əsas ixrac olunan meyvə-tərəvəz məhsulları 155.4 milyon dollar dəyərində pomidor (129.8 min ton) olub.

115.9 milyon dollar dəyərində meşə fındığı (18.3 min ton), 86.5 milyon dollar dəyərində xurma (120.3 min ton), 53.2 milyon dollar dəyərində alma (66.9 min ton ), 25.8 milyon dollar dəyərində nar (29.4 min ton), 20.5 milyon dollar dəyərində kartof (48.2 min ton) olub.

 

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.