Otuzdan çox erməni hərbçinin meyiti qarşı tərəfə verilib

27 Yanvar 2021 - 12:12

Daha otuz bir erməni hərbçinin meyiti qarşı tərəfə təhvil verilib.

APA-nın “armeniasputnik.am” saytına istinadən verdiyi məlumata görə, meyitlər Füzuli rayonu istiqamətindən qarşı tərəfə qaytarılıb.

Erməni tərəfi meyitlərin kimliyinin müəyyən olunması üçün ekspertiza təyin edildiyini açıqlayıb. 

İlkin məlumata görə, meyiti qaytarılanlar könüllülərdir. Meyitlərin bəzilərinin üzərində sənədləri var.

İşğaldan azad olunmuş ərazilərdən indiyədək 1318 erməninin meyitinin tapıldığı açıqlanıb.

Bir neçə gün əvvəl Azərbaycan daha 30 erməni hərbçinin meyitinin qalıqlarını qarşı tərəfə vermişdi.