Ötən gün Göranboy rayonunda yol qəzasında həlak olan hərbçi doğulduğu torpaqda dəfn olunub.
Müddətdən artıq xidmət edən Vahid Maarif oğlu Ərəblinski bu gün doğulduğu Zaqatala rayonu Aşağı Tala kəndində hərbi orkestrin müşayiəti və yaylım atəşi ilə dəfn edilib.
Hərbçinin dəfn mərasimində onun qulluq etdiyi hərbi hissənin nümayəndələri, rayon rəhbərliyi və ictimaiyyəti iştirak edib(apa).