2022-ci ildə Avropa İnsan Hüquqları Məhkəməsinin hakimləri 1459 qərar çıxarıb.
Azpost.info xəbər verir ki, onlardan 413-ü Rusiya əleyhinə, 145-i Ukraynaya, 137-si Rumıniyaya qarşı olub. Dördüncü yerdə 78 qərarla Serbiya, üçüncü yerdə isə 77 qərarla Türkiyə qərarlaşıb.
Strasburqdakı hakimlər iddiaçılara ümumilikdə 110,8 milyon avro təzminat təyin edib ki, bunun da təxminən 80,2 milyon avrosu Rusiyadan olan ərizəçilərin payına düşüb.
Azpost.info