“Avropa İttifaqı ilə münasibətlər xarici siyasətimizin başlıca istiqamətlərindəndir” –Prezident İlham Əliyevin köməkçisi bəyan etdi

Avropa İttifaqı (Aİ) ilə münasibətlərin inkişafı Azərbaycanın xarici siyasətində başlıca istiqamətlərdən biridir”.

Azpost.info “Report”-a istinadən xəbər verir ki, bu barədə prezidentin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət şöbəsinin müdiri Hikmət Hacıyev “Euroactive”ə müsahibəsində bildirib.

Müsahibədə Azərbaycan – Aİ arasında enerji və s. sahələrdəki əməkdaşlıq, tərəflər arasında yeni sazişə dair danışıqlar, Dağlıq Qarabağ münaqişəsinə dair Aİ-nin mövqeyi, 20 Yanvar hadisələri, geosiyasət, ticarət əlaqələri kimi bir sıra məsələlərə toxunulub.

“Prezidentimizin daha əvvəl bildirdiyi kimi, münaqişənin həlli baxımdan ötən il itirilmiş il oldu. Belə ki, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün konkret addımlar atılmadı. Əvəzində Ermənistanın səmərəsiz, destruktiv siyasətini gördük. Ermənistan tərəfi mövcud danışıqlar formatını dəyişdirməyə cəhd göstərib. Halbuki münaqişə tərəfləri Ermənistan ilə Azərbaycan, beynəlxalq vasitəçilər kimi ATƏT-in Minsk qrupu həmsədrlərindən ibarət oturuşmuş danışıqlar format var”, – prezidentin köməkçisi qeyd edib.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir