Özəl məhkəmə eksperti şəhadətnaməsinin verilməsinə görə dövlət rüsumu müəyyənləşir

25 İyun 2021 - 14:41

Özəl məhkəmə eksperti qismində fəaliyyət göstərmək üçün şəhadətnamənin verilməsinə görə tutulan dövlət rüsumunun dərəcəsi müəyyənləşir.

Milli Məclisin bu gün keçirilən iclasında birinci oxunuşda müzakirəyə çıxarılan “Dövlət rüsumu haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihə əsasən, özəl məhkəmə eksperti qismində fəaliyyət göstərmək üçün şəhadətnamənin verilməsinə görə 100 manat dövlət rüsumu müəyyənləşir.

Qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.