Gənc qadın yeni doğulmuş qızını cəmi 200 min rubla satmağa cəhd edib. AzPost xəbər verir ki, Moskva şəhər məhkəməsi onu insan alverində təqsirli bilərək altı il müddətinə azadlıqdan məhrum edib.
İstintaqın məlumatına görə, qadın bu cinayəti 54 yaşlı bir kişi ilə birlikdə törədib. Hüquq-mühafizə orqanları sövdələşmədən əvvəl məlumat əldə edərək əməliyyatı nəzarətdə saxlayıb. Uşağın təhvil verilməsi və pulun ötürülməsi mərhələsi sənədləşdirildikdən sonra qadın dərhal saxlanılıb.
Məhkəmə Rusiya Federasiyası Cinayət Məcəlləsinin 127.1-ci maddəsinin 2-ci bəndi ilə çıxarılmış hökmə əsasən, qadının ümumi rejimli koloniyada cəza çəkməsinə qərar verib. İstintaq Komitəsi hadisənin bütün detalları üzrə kifayət qədər sübut təqdim etdiyini bildirib.