Özbəkistan Ali Məclisi Senatının sədri Azərbaycana gəlib

Özbəkistan Respublikasının Ali Məclisi Senatının sədri Tənzilə Narbayeva noyabrın 16-da BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək məqsədilə Azərbaycan Respublikasına səfərə gəlib.

Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı Milli Məclisin deputatı Səttar Möhbalıyev və digər rəsmi şəxslər qarşılayıblar.

Qeyd edək ki, COP29 çərçivəsində noyabrın 16-17-də Bakıda Parlamentlərarası İttifaq və Milli Məclisin birgə təşkilatçılığı ilə Parlament Görüşü keçiriləcək. 66 ölkədən və beynəlxalq təşkilatlardan 92 nümayəndə heyətinin, 330-dək iştirakçının qatılacağı tədbirdə 12 spiker və vitse-spiker olmaqla, 167 parlament üzvünün iştirakı gözlənilir.

Əvvəlki məqalə

Bu günün valyuta məzənnələri

Sonrakı məqalə

“Su qıtlığı gələcəkdə daha da kəskinləşəcək”