Özbəkistan hökuməti konstitusiyaya dəyişikliklər layihəsinin ictimai müzakirəsini 10 gün – iyulun 15-dək uzatmaq qərarına gəlib.
Azpost.info xəbər verir ki, bu barədə parlamentin qanunvericilik palatası məlumat yayıb.
Deputatlar həmçinin Qaraqalpaq Respublikasının suverenliyinin statusunun saxlanılması barədə qərar qəbul ediblər.
Konstitusiyaya təklif edilən dəyişiklik layihəsinə əsasən, Qaraqalpaq Respublikası Özbəkistanın tərkibindədir. Qaraqalpaq ərazisində Özbəkistan Konstitusiyası və qanunvericiliyi ilə nəzərdə tutulmuş bütün hüquq və azadlıqlara təminat verilir.
“Özbəkistan prezidenti Şavkat Mirziyoyev vətəndaşların bütün təklif və istəklərinin nəzərə alınmasının vacibliyini qeyd edib”, – parlamentin mətbuat xidməti bildirib. Özbəkistan Konstitusiyasının 70, 71, 72, 74 və 75-ci maddələri dəyişməz qalacaq, mövcud normalar qorunub saxlanılacaq.
Son bir neçə gündə Muxtar Respublikada kütləvi etiraz aksiyaları keçirilib. Qaraqalpaq sakinləri Özbəkistan konstitusiyasına edilən dəyişikliklərə etiraz ediblər. Dəyişikliklər ölkə qanunlarına sakinləri Özbəkistandan ayrılmaq üçün referendum keçirmək imkanından məhrum edirdi.
Azpost.info