Özbəkistan prezidenti səlahiyyət müddətini “sıfırladı”- Konstitusiyada nələr dəyişəcək?

Özbəkistan vətəndaşlarının böyük əksəriyyəti hazırkı prezident Şavkat Mirziyoyevin səlahiyyət müddətinin “sıfırlanmasını” nəzərdə tutan Konstitusiyaya düzəlişləri dəstəkləyib.

Azpost.info xəbər verir ki, bu barədə ölkənin Mərkəzi Seçki Komissiyası məlumat yayıb.

İlkin məlumatlara görə, referendum iştirakçılarının 90 faizdən çoxu əsas qanunun dəyişdirilməsinin lehinə olub, 9,35 faizi əleyhinə çıxıb.

Seçkilərdə iştirak 84 faizi ötüb. Qeydə alınmış 19,7 milyon seçicidən ümumilikdə 16,67 milyon nəfər səs verib.

Dəyişikliklər prezidentlik müddətini 5 ildən 7 ilə qədər artırır. Beləliklə, 2016-cı ildən hakimiyyətdə olan Mirziyoyev 83 yaşı tamam olana – 2040-cı ilə qədər prezidentliyə namizədliyini irəli sürə biləcək. Dövlət başçısının səlahiyyətləri də genişləndiriləcək.

Mirziyoyev Rusiya prezidenti Vladimir Putindən nümunə götürərək 2021-ci ildə Konstitusiyaya dəyişiklik etməyi təklif edib. Dəyişikliklərə əsasən, Senat üzvlərinin sayı 100 nəfərdən 65 nəfərə endirilir, Özbəkistan sosial, hüquqi və dünyəvi dövlət elan edilir. Əvvəllər bu anlayışlar ölkə Konstitusiyasında yox idi. Əsas Qanun ölüm hökmünü də qadağan edir. Ümumilikdə mətnin məzmunu 65 faiz yenilənib.

İnternetdə müxtəlif pozuntuları olan videolar yayılsa da, Özbəkistan hakimiyyəti referendum baş tutmuş sayıb.

Özbəkistanın Konstitusiyası 1992-ci il dekabrın 8-də qəbul edilib və ötən müddət ərzində 15 dəfə dəyişdirilib.

Azpost.info

 

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.