Özbəkistan Prezidenti sabah Azərbaycana səfər gələcək

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev martın 1-2-də Azərbaycana səfər gələcək.

Bu barədə bu barədə Özbəkistan dövlət başçısının mətbuat xidməti məlumat yayıb.

Mirziyoyevin Bakıda Qoşulmama Hərəkatının Zirvə toplantısının plenar iclasında iştirakı nəzərdə tutulur.

Azərbaycan tərəfinin sədrliyi ilə keçiriləcək tədbirin gündəliyinə pandemiyanın nəticələrinin davamlı təsiri, habelə beynəlxalq təhlükəsizlik və sabitliyə çağırış, eləcə də təhdidlər şəraitində çoxtərəfli dialoqun inkişafı və əməkdaşlığın genişləndirilməsi məsələləri daxildir.

Özbəkistan Prezidentinin Bakıda dövlət və hökumət rəsmiləri ilə də görüşlər keçirəcəyi planlaşdırılır.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.