Özbəkistanda prezident seçkilərinə vaxtından əvvəl səsvermə keçirilir.
Özbəkistan Mərkəzi Seçki Komissiyası xəbər verir ki, vaxtından əvvəl səs vermək üçün vətəndaş yaşadığı ərazidə yerləşən seçki məntəqəsinə ərizə ilə müraciət edir, seçki günü yaşayış yerində olmadığının səbəbini göstərir və səsverməyə qatılır.
Seçkilərdə hazırkı Prezident Şavkat Mirziyoyev də daxil olmaqla Özbəkistanda fəaliyyət göstərən beş siyasi partiyanın liderləri və nümayəndələri iştirak edir.
Bildirilir ki, Özbəkistanda səs hüququ olan 21 milyon vətəndaşın 40 min 328-i artıq vaxtından əvvəl seçkilərdə iştirak edib. Vaxtından əvvəl seçkilər oktyabrın 20-də başa çatır.
Xatırladırıq ki, Özbəkistanda prezident seçkiləri oktyabrın 24-də keçiriləcək.