ADR partiyaya çevrildi –FOTOLAR

Azərbaycan Demokratiya və Rifah hərəkatı (ADR) partiyaya çevrilib.

Bu barədə hərəkatın rəhbəri Qubad İbadoğlu özünün sosial şəbəkə hesabında məlumat verib. O qeyd edib ki, oktyabrın 17-si 88 nəfər qurultay nümayəndəsindən 82-nin iştirakı ilə ADR Partiyasının təsis qurultayı keçirilib:

“Qurultay partiyanı təsis etdi, Nizamnamə və Proqramını qəbul etdi, sədrini, MNTK üzvlərini seçdi, Ali Məclisini formalaşdırdı, rəhbər orqanlara seçkini başa çatdırmaq üçün Ali Məclisə səlahiyyət verdi.

Mən növbəti 4 il üçün partiyanın sədri seçildim. Bu məsuliyyətli və şərəfli işi uğurla davam etdirmək üçün sizlərdən daim dəstək gözləyirəm. İnanıram ki, mübarizəmiz qələbə ilə başa çatacaq, Azərbaycana demokratiya və azadlıqlar gətirəcək, əhalinin maddi rifahının və təhlükəsizliyinin yüksəlməsinə nail olacaq”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Özbəkistanda prezident seçkilərinə vaxtından əvvəl səsvermə keçirilir

Sonrakı məqalə

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Füzuliyə səfər edib