Özbəkistan Pakistanla təhlükəsizlik komissiyası yaradır- Mirziyoyev fərman imzaladı

Prezident Şavkat Mirziyoyev Pakistanla təhlükəsizlik komissiyasının yaradılması haqqında protokolu təsdiqləyib.

Özbəkistan prezidentinin fərmanı cümə günü Milli Qanunvericilik bazasının saytında dərc olunub.

“Özbəkistan Respublikası və Pakistan İslam Respublikası hökumətləri arasında təhlükəsizlik komissiyasının yaradılması haqqında protokol təsdiq edilsin”, – deyə sənəddə bildirilir.

Fərmana uyğun olaraq, Özbəkistanın Xarici İşlər Nazirliyi protokolun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili proseduraların yerinə yetirildiyi barədə Pakistan tərəfinə bildiriş göndərəcək.

Qeyd edək ki, ötən ilin noyabrında İslamabadda imzalanmış protokolda Özbəkistan və Pakistanın Təhlükəsizlik Şuraları arasında müntəzəm məsləhətləşmələrin aparılması nəzərdə tutulur.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.