Özbəkistan Prezidenti Şavkat Mirziyoyev tarixdə ilk dəfə dünya çempionatına vəsiqə qazanan milli futbol komandasını üzvlərinə 40 ədəd BYD markalı avtomobil hədiyyə edib.
AzPost bildirir ki, iyunun 5-də 2026-cı il dünya çempionatının seçmə mərhələsi çərçivəsində özbək futbolçuları Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) yığması ilə səfərdə qarşılaşıb.
Oyun 0:0 hesabı ilə heç-heçə başa çatıb. Bu isə Özbəkistan yığmasına tarixdə ilk dəfə dünya çempionatına vəsiqə qazanmağa imkan verib.
Qeyd edək ki, hədiyyə edilən “BYD Champion” avtomobilinin bazar dəyəri 20 min dollardır.