“Özümü yaxşı hiss edirəm, hər şey qaydasındadır”- Co Bayden

“ABŞ prezidenti Co Baydendə koronavirusun yüngül simptomları görülür”.

Azpost.info xəbər verir ki, bunu Ağ Evin COVID-19 üzrə koordinatoru Aşiş Ca bildirib.

Prezidentin şəxsi həkimi Kevin O’Konnor isə deyib ki, bu əlamətlər arasında burun axması, yorğunluq və quru öskürək var.

Bayden“Tviter”də özünü yaxşı hiss etdiyini bildirən video yayımlayıb. “İkiqat peyvənd almışam, simptomlar yüngüldür və mən sizin narahatlığınızı həqiqətən yüksək qiymətləndirirəm. Özümü yaxşı hiss edirəm, hər şey qaydasındadır “, – ABŞ prezidenti 20 saniyəlik videoda bildirib.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.