Özünü mütəmadi ac hiss etmək yaxşı əlamət deyil –Həkim rəyi

Daimi aclıq hissi hormonal disbalans və qidalanma çatışmazlığı da daxil olmaqla ciddi sağlamlıq problemlərinin siqnalı ola bilər.

AzPost bildirir ki, bu barədə psixoloq Polina Soboleva Gazeta.Ru-ya bu vəziyyətin əsas səbəbləri barədə danışıb.

Mütəxəssis izah edib ki, fiziki səbəblərə qan şəkəri disbalansı və bədənin daha çox karbohidrat istəməsinə səbəb olan insulin müqaviməti daxildir. Digər amillərə zülal, lif, vitamin və mineral çatışmazlığı, eləcə də bədənin tez-tez aclıqla səhv saldığı xroniki yuxu çatışmazlığı və susuzluq daxildir.

Psixoloji səbəblərə stressin gətirdiyi emosional qidalanma və pis qidalanma vərdişləri daxildir. Soboleva fizioloji problemləri istisna etmək üçün tibbi diaqnozdan keçməyi və sonra pəhriz və həyat tərzini normallaşdırmağı tövsiyə edib.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.