“Pakistan Azərbaycanın rəhbərliyi və xalqı ilə həmrəydir” –Baş nazir Şahbaz Şərif

Pakistan Baş naziri Şahbaz Şərif Azərbaycana qarşı son hücumlarla bağlı ciddi narahatlığını ifadə edib.

Pakistan Baş naziri bu barədə X hesabında paylaşım edib.

Baş nazir Pakistanın qardaş Azərbaycan dövlətinə qarşı həyata keçirilən son hücumlarla bağlı ciddi narahatlıq keçirdiyini bildirib: “Pakistan Azərbaycanın rəhbərliyi və xalqı ilə həmrəy olduğunu bir daha təsdiqləyir və regionda gərginliyin daha da artmasına, sülh və sabitliyin pozulmasına səbəb ola biləcək bu cür qəbuledilməz hərəkətləri qətiyyətlə pisləyir”.

Bəyanatda tərəflərə təmkin nümayiş etdirmək çağırışı edilib və gərginliyin azaldılmasının vacibliyi vurğulanıb. Həmçinin bildirilib ki, regionda sülh və sabitliyin qorunması üçün dialoq və diplomatiya yolu ilə həll yollarının axtarılması zəruridir.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.