Pakistan Hindistana xəbərdarlıq etdi

Düşmənlərə xəbərdarlıq edərək bildiririk ki, onlar hər hansı təcavüzə əl atsalar, daha böyük fəsadlarla üzləşəcəklər.

Bunu Karaçidə qarovulun dəyişilməsi mərasimində çıxış edən Pakistan Hərbi Hava Qüvvələri (PAF) vitse-marşalı Şəhriyar Xan bildirib.

O, yaxın zamanda Hindistanla yaşanan toqquşmanı yada salaraq bildirib ki, Pakistan Hərbi Hava Qüvvələri qırıcıları qonşu ölkəyə məxsus altı hərbi təyyarəni, o cümlədən “Rafale”ləri məhv edib.

“Həmin gün düşmənin qəsdləri tamamilə puça çıxdı. Pakistan Hərbi Hava Qüvvələri hər zaman istənilən təcavüzə cavab verməyə hazırdır. Düşmənimiz həmişə geri çəkilməyə məcbur olub və yenidən cəhd etsələr, nəticə 6-0 yox, 60-0 olacaq”, – deyə vitse-marşal söyləyib.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.