Pakistanın baş nazirinin müavini və xarici işlər naziri İshaq Dar Hindistanla atəşkəs razılaşmasını təsdiqləyib.
AzPost-un məlumatına görə, Dar X platformasında yazıb: “Pakistan və Hindistan dərhal qüvvəyə minən atəşkəs haqqında razılığa gəldilər. Pakistan həmişə suverenliyinə və ərazi bütövlüyünə xələl gətirmədən bölgədə sülh və təhlükəsizlik üçün səy göstərib”.
Hindistan da Pakistanla atəşkəs və hərbi əməliyyatları təsdiqləyib.
Hindistan Xarici İşlər Nazirliyi bildirib ki, Hindistan və Pakistan arasında atəşkəs Hindistan vaxtı ilə saat 17:00-da qüvvəyə minib.