Pakistanda cümə namazı vaxtı məscidin yaxınlığında partlayış baş verib: 15 nəfər ölüb, 50 yaralı var

Pakistanda məscidin yaxınlığında partlayış baş verib.

“Geo News”un xəbərinə görə, hadisə Xeybər-Paxtunxva vilayətində qeydə alınıb.

Partlayışın cümə namazı vaxtı baş verdiyi bildirilir.

Hadisə nəticəsində 15 nəfər ölüb, 50-dən çox insan isə xəsarət alıb.

Yaralıların içərisində polis əməkdaşları da var.

Partlayış nəticəsində məscidin binasına ciddi ziyan dəyib.

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.