Pakistanda daşqınlar nəticəsində ölənlərin sayı 350-ni ötüb

Pakistanın şimalında leysan yağışların səbəb olduğu daşqınlar nəticəsində ölənlərin sayı 351 nəfərə çatıb.

AZƏRTAC xəbər verir ki, bu barədə “Geo News” kanalı məlumat yayıb.

Bildirilir ki, daşqınlar nəticəsində Xayber-Paxtunxva əyalətində 328, Gilqit-Baltistanda 12, Azad Kəşmirdə isə 11 nəfər həyatını itirib.

Ölkənin şimalında güclü yağışların avqustun 21-dək davam edəcəyi gözlənilir.

Pakistanın Baş naziri Şahbaz Şərif Xayber-Paxtunxva əyalətinə dərman, qida və digər zəruri yardım materiallarının dərhal çatdırılması barədə göstəriş verib.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.