Pakistanın kimya zavodunda partlayış: 15 ölü, 7 yaralı

Pakistanın Pəncab əyalətində bir kimya zavodunda baş verən partlayış nəticəsində 15 nəfər ölüb, 7 nəfər yaralanıb. AzPost KP-yə istinadla xəbər verir ki, hadisə yapışqan istehsal edən fabrikdə baş verib və partlayışın səbəbi hələlik müəyyən edilməyib.

Partlayış zamanı zavod binası və yaxınlıqda yerləşən evlər ciddi zərər görüb. Hadisə yerində yanğın da qeydə alınıb.

Yerel polis nümayəndəsinin məlumatına görə, fabrikin rəhbəri artıq saxlanılıb, sahibkar isə partlayışdan dərhal sonra itkin düşüb və hazırda axtarılır. Araşdırma davam edir.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.