Pakistanın sabiq XİN rəhbəri saxlanılıb

Pakistanın keçmiş xarici işlər naziri Mahdum Şah Mahmud Qureyşi saxlanılıb.

Bu barədə Pakistanın “The News International” agentliyi məlumat yayıb.

Bildirilib ki, sabiq XİN rəhbəri keçmiş Baş nazir İmran Xanın komandasında yer alıb.

Xatırladaq ki, İmran Xanın barəsində bu gün qəbul olunan həbs qərarından sonra müxalif Pakistan Ədalət Hərəkatı Partiyasının (PTI – Pakistan Tehreek-e-Insaf) üzvlərinin saxlanılmasına başlanılıb.

Bundan öncə partiyanın baş katibi Əsəd Ömər bu gün paytaxt İslamabadda Ali Məhkəmənin binasında saxlanılıb.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.