Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • İqtisadiyyat

Pakistanlı tələbələr “Ulduz” şokolad fabrikində istehsal prosesində iştirak edib

User 09 Sentyabr 2025 - 17:35 (Last updated: 09 Sentyabr 2025 - 18:17)
veyseloqlu pakis

Pakistanın Milli Elm və Texnologiya Universitetinin “Executive MBA” proqramı üzrə təhsil alan 27 tələbə və bir professorundan ibarət nümayəndə heyəti Veysəloğlu Şirkətlər Qrupuna daxil olan “Ulduz” şokolad fabrikinə istehsalat turu çərçivəsində səfər ediblər.

Tədbirin ilk hissəsində “Veysəloğlu-Distribusiya” şirkətinin kateqoriya meneceri Elnur Allahverdiyev və “Ulduz” şokolad fabrikinin regional ixrac üzrə mütəxəssisi Seymur Əsədli qonaqlara Veysəloğlu Şirkətlər Qrupunun tarixi, fəaliyyət istiqamətləri, keçdiyi inkişaf yolu, eləcə də “Ulduz” fabrikinin istehsal imkanları və ixrac potensialı barədə ətraflı məlumat veriblər.

Daha sonra tələbələr fabrikdə real istehsalat prosesi ilə yaxından tanış olub, texnoloji xətt üzrə gedişatı izləyiblər. Turun sonunda iştirakçılara “Ulduz” fabrikində istehsal edilən “I love Azerbaijan” premium şokoladları hədiyyə olunub və xatirə şəkili çəkdirilib.

Pakistanlı tələbələr bu səfəri Azərbaycanda istehsal sahəsi ilə tanışlıq baxımından əlamətdar hadisə kimi dəyərləndiriblər. Onlar gələcəkdə Veysəloğlu Şirkətlər Qrupuna daxil olan biznes nümunələri ilə daha yaxından əməkdaşlıq imkanlarını nəzərdən keçirəcəklərini vurğulayıblar.

AzPost.az

Post navigation

Previous: “Siyasətlə məşğul olmaq istəyirəm” –
Next: İcbari Tibbi Sığorta Agentliyi son üç ilin maliyyə hesabatlarını açıqlamayıb

Oxşar xəbərlər

bankomat_dollar_141021
  • İqtisadiyyat

Bu günə olan valyuta məzənnələri

User 04 Noyabr 2026 - 09:14
lukoyl
  • İqtisadiyyat

ABŞ-li milyarder “Lukoyl” aktivlərini almağa hazırlaşır – 22 milyard dollarlıq portfel satışda

User 03 Noyabr 2026 - 22:40
hormuz
  • İqtisadiyyat

İran müharibəsinin Avropaya maliyyə zərəri açıqlandı -127 milyard avro!

User 03 Noyabr 2026 - 19:50

xƏBƏR

korpeler
  • Sosial

Azərbaycanda 10 ayda 72 min uşaq doğulub – Oğlanlar, yoxsa qızlar çoxdur?

User 04 Noyabr 2026 - 10:52
Azərbaycanda 2026-cı ilin yanvar-oktyabr aylarında 72 min 655 uşağın anadan olmasına görə ailələrə birdəfəlik müavinət təyin edilərək...
Read more about Azərbaycanda 10 ayda 72 min uşaq doğulub – Oğlanlar, yoxsa qızlar çoxdur?
Tramp seçki məğlubiyyətinin səbəbini açıqladı: İranla müharibə və bahalı yanacaq Tramp
  • Dünya

Tramp seçki məğlubiyyətinin səbəbini açıqladı: İranla müharibə və bahalı yanacaq

User 04 Noyabr 2026 - 10:46
Bakıda axtarışda olan 74 yaşlı qadın həbs edilib qeza_polis
  • Kriminal

Bakıda axtarışda olan 74 yaşlı qadın həbs edilib

User 04 Noyabr 2026 - 10:44
Azərbaycanda bir gündə 100 axtarışda olan şəxs saxlanıldı DIN
  • Sosial

Azərbaycanda bir gündə 100 axtarışda olan şəxs saxlanıldı

User 04 Noyabr 2026 - 10:21
2027-ci ildə maaş və pensiyalar nə qədər artacaq? – Büdcədən əsas rəqəmlər açıqlandı budce
  • Baş Yazı

2027-ci ildə maaş və pensiyalar nə qədər artacaq? – Büdcədən əsas rəqəmlər açıqlandı

User 04 Noyabr 2026 - 10:15
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.