Pandemiya mətbəələrin işinə necə təsir edib?

Paytaxda çap, poliqrafiya işlərini həyata keçirən bir neçə mətbəə fəaliyyət göstərir. Pandemiyanın yayıldığı ərəfədə digər biznes sahələri kimi mətbəələrin də fəaliyyətinə tam və ya qismən məhdudiyyətlər tətbiq edildi. Bəs görəsən indiki şəraitdə mətbəələrin fəaliyyətində hansı dəyişikliklər müşahidə edilir?

Bakıda fəaliyyət göstərən mətbəələrdən birinin rəhbəri Samir Əkbərov bu barədə “Report”a verdiyi açıqlamada bildirib ki, mətbəəyə gələn müştəri sayında karantindən əvvəlki dövrlə müqayisədə 50-60% azalma var:

“Ümumilikdə, fəaliyyətimizdə böyük dəyişiklik yoxdur. Yalnız müştəri sayında əhəmiyyətli fərq nəzərə çarpır. Belə ki, müştərilərimizin sayı azalıb. Təqribən 50-60%-lik bir azalma müşahidə olunur. Lakin o azsaylı müştərilər də, aktiv sifarişçilərdir. Onların əksəriyyəti qida sektoru ilə əlaqəlidir. Qida sektorundan olanlar əsasən qida qablaşması eitketləri sifariş verirlər. Bu müştərilərin hesabına vəziyyəti normal saxlamaq olur. Əvvəllər yoldan keçən insanlar da gəlib mətbəəmizə daxil olur, bəzən sifarişlər də verirdilər. İndi onların sayı azalıb.

Biz həm mətbəə, həm də reklam işləri ilə məşğul oluruq. Müştərilərimiz qida, geyim və digər müxtəlif sektorlardan olur. Hazırda isə əsas müştərilər qida sektorunun nümayəndələridir. Sifarişlərimiz həm onlayn, həm də ənənəvi qaydada edilir. Karantindən əvvəlki dövrlə müqayisədə onlayn sifarişlər bir ara azalmışdı. Sonra artım nəzərə çarpdı. Onlayn sifarişlərin dinamikliyi bu şəkildə dəyişir. Ona görə də karantindən əvvəlki aylarla müqayisədə onlayn satışlarda əhəmiyyətli bir fərq hiss olunmur”.

S.Əkbərov qeyd edib ki, jurnal və kitab çapı edilən sifarişlərdə də azalma müşahidə edilir. Bölgələrdən olan sifarişlər isə dayanıb:

“Eyni zamanda, jurnal və kitab çapları da edirik. Bu sifarişləri adətən kataloqla edən şirkətlər var. Hazırkı dövrdə həmin şirkətlər də büdcələrini sıxmağa çalışırlar. Nəticədə, kitab və jurnal çapı ilə bağlı sifarişlərdə də azalma müşahidə olunur. Bundan əlavə, karantin rejimindən öncə bölgələrdən də sifarişlərimiz olurdu ki, indi həmin sifarişlər də dayanıb”.

“Yaranmış geriləmələrə baxmayaq pandemiyadan sonra digər sektorlarla müqayisədə bizim sektorun özünü tez bərpa edə biləcəyini düşünürəm”, – mətbəə rəhbəri əlavə edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Badamdarda sürüşmənin qarşısını almaq üçün layihənin icrasına başlanılıb

Sonrakı məqalə

Azərbaycan Prezidenti Moskvada keçiriləcək Qələbə paradında iştirak etməyəcək