“Pandemiya Yeni ildən əvvəl qurtarmayacaq” –

Rusiyalı ekspert
22 İyul 2020 - 13:41

Rusiya Elmlər Akademiyasının üzvü Viktor Maleyev COVID-19 pandemiyasının yenidən artımına əsaslanaraq qısa vaxtda başa çatmayacağı qənaətindədir.

“Report” yerli KİV-ə istinadən xəbər verir ki, onun fikrincə, xəstəliyin mövsümi artımları da baş verə bilər.

“Yoluxucu xəstəliklər ümumiyyətlə, heç vaxt yox olmayacaq. İki gün ərzində dünyada 400 min nəfər yoluxursa, Ümumdünya Səhiyyə Təşkilatı hələ zirvə nöqtəsinə çatmadığını deyirsə, özünüz fikirləşin. Dünya boyu əlaqələri nəzərə alsaq, Yeni ilədək bu məsələnin qurtarmayacağını arxayın söyləyə bilərik”, –  rusiyalı ekspert pandemiyanın yeni dalğasının başlayıb-başlamayacağını deməyə çətinlik çəkib.