“Pandemiya Yeni ildən əvvəl qurtarmayacaq” –Rusiyalı ekspert

Rusiya Elmlər Akademiyasının üzvü Viktor Maleyev COVID-19 pandemiyasının yenidən artımına əsaslanaraq qısa vaxtda başa çatmayacağı qənaətindədir.

“Report” yerli KİV-ə istinadən xəbər verir ki, onun fikrincə, xəstəliyin mövsümi artımları da baş verə bilər.

“Yoluxucu xəstəliklər ümumiyyətlə, heç vaxt yox olmayacaq. İki gün ərzində dünyada 400 min nəfər yoluxursa, Ümumdünya Səhiyyə Təşkilatı hələ zirvə nöqtəsinə çatmadığını deyirsə, özünüz fikirləşin. Dünya boyu əlaqələri nəzərə alsaq, Yeni ilədək bu məsələnin qurtarmayacağını arxayın söyləyə bilərik”, –  rusiyalı ekspert pandemiyanın yeni dalğasının başlayıb-başlamayacağını deməyə çətinlik çəkib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

İrandan gətirilən külli miqdarda narkotikin Bakıda satılmasının qarşısı alınıb –

Sonrakı məqalə

Qəbələdə yol tikintisinə 13.1 milyon manat ayrılıb