Pandemiyadan sonrakı ilk böyük Həcc ziyarəti başlayıb

Həcc ziyarəti
Həcc ziyarəti

İyulun 6-da koronavirus pandemiyasından sonra ilk böyük Həcc ziyarəti başlayıb.

Bu il Səudiyyə Ərəbistanı peyvənd olunmuş 1 milyon zəvvarın Məkkəyə gəlməsinə icazə verib.

Onlardan 850 min nəfəri əcnəbidir. Ziyarət zamanı tibbi maskadan istifadə könüllüdür. Bununla belə, bəzi kütləvi ayinlərin icrasına yaşı 65-dən aşağı olan şəxslər buraxılmır.

Pandemiya dövründə Həcc ziyarətinə ciddi məhdudiyyət tətbiq edilib. 2020-ci ildə pandemiyanın ən şiddətli dövründə Həcc ziyarətinə təxminən 10 min nəfər gedə bilib. 2021-ci ildə isə Səudiyyə Ərəbistanı vətəndaşları və bu ölkədə daimi yaşayan əcnəbilər arasında 60 000 nəfərə ziyarət nəsib olub.

Statistika göstərir ki, cari ildə şərtlər yumşaldılsa da, zəvvar sayı pandemiyadan əvvəlki həddə çatmayıb. 2019-cu ildə Məkkəni ziyarət etməyə 2,5 milyon nəfər gəlmişdi. (APA)

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.