“Pandemiyanın bitməsinə hələ çox var” –

ÜST-ün direktoru
29 Oktyabr 2021 - 09:59

Son iki ayda koronavirusa yoluxma və ölüm halları ilk dəfə olaraq artıb.

Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının sədri Tedros Adanom Qebreyesus bugünkü brifinq zamanı məlumat verib.

Onun sözlərinə görə, bu fakt bir daha xatırladır ki, pandemiyanın bitməsinə hələ çox var.

Təşkilat sədri qeyd edib ki, hazırda Avropadakı artım digər bölgələrdəki azalmanı üstələyir.(TASS)